-
- 19-12-2019, 12:15
- 1 099
"Qadın heç vaxt xoşbəxt olmur" - FLORA KƏRİMOVA
ARB TV-də yayımlanan "Show News" verilişinin növbəti qonağı Xalq artisti Flora Kərimova olub.
News24.az xəbər verir ki, Kərimova övladları haqda danışaraq kövrəlib: "Gəlirlər, bir neçə gün qalırlar. Məndə ümid yaranır. Amma aeroportda yola salanda kövrəlirəm. Qızım üçün çox darıxıram. Mənsizliyimin əziyyətini çəkirəm, onların halına yanıram. Anaya bağlı olan qıza çox çətindir. 78 elə bir yaşdır ki, hər gün səhər, axşam danışırıq. Hər gün onlara hesabat verirəm. Uzun illər bundan qabaq oğlumla qızım söhbət edəndə oğlum dedi ki, qızım olanda adını Flora qoyacam. Amma qismət elə gətirdi ki, 2 oğlu oldu. İndi qızımdan övlad gözləyirəm, adını Flora qoyar. Onu da Allah qismət eləsə. Qadın kimi məmnun olardım. Qadın kimi heç bir qadın xoşbəxt olmur. Ən zəngin qadın belə heç zaman xoşbəxt ola bilmir".
Sevda Bayramova