Polis Bakıda əməliyyat keçirdi – QUMARXANA SAHİBİ TUTULDU
    • 19-12-2019, 17:34
    • 710

Polis Bakıda əməliyyat keçirdi – QUMARXANA SAHİBİ TUTULDU

Bakıda qumarxana aşkarlanıb.

News24.az-ın məlumatına görə, polis əməkdaşları Xətai rayonu ərazisində yerləşən qumarxanaya basqın edib. əməliyyat keçirilən ünvanda qumarxana təşkil edildiyi məlum olub. Həmin obyektin sakibi olan Rüstəm Əliyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.1-ci, yəni, qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama maddəsi ilə iş açılıb.

Araşdırmalar aparılır.