Bakıda kişi gizlicə qadının evinə girdi və... – CİNAYƏT İŞİ
    • 2-07-2019, 13:25
    • 880

Bakıda kişi gizlicə qadının evinə girdi və... – CİNAYƏT İŞİ

Bakıda qadının evindən oğurluq etmiş şəxsə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində Əsgərova Sahilə Tofiq qzının evindən xeyli qızıl-zinət əşyaları və pul oğurlanıb. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Nəsirov Cabir Astan oğlu tutularaq istintaqa təhvil verilib. Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü, yəni, oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə maddəsi ilə iş açılıb.

Araşdırmalar aparılır.