Bakıda kriminal avtoritetin güllələnərək öldürülməsi barədə YENİ XƏBƏR
    • 20-12-2019, 15:53
    • 889

Bakıda kriminal avtoritetin güllələnərək öldürülməsi barədə YENİ XƏBƏR

Bakıda kriminal avtoriteti güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Taleh Cəlalov, İmran Bəbirov, Vüsal Hüseynov və qardaşı Səxavət Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

News24.az-ın məlumatına görə, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə ittiham elan edilib.artıq cinayət işinin baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində, “Favorit” supermarketinin yanında qeydə alınıb. 43 yaşlı kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğluna aid “Mercedes” markalı avtomobilə atəş açılıb. M.Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib. Bir müddətdən sonra Dövlət Yol Polisi əməkdaşları qətli törətməkdə şübhəli bilinən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunu saxlayıblar.

İstintaqın gedişatı zamanı S. Hüseynovun qardaşı V. Hüseynov və İ. Bəbirov da iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.