-
- 17-02-2020, 17:55
- 1 316
Çaydanı başına çırpıb öldürdü – BAKIDA DƏHŞƏTLİ QƏTL
Bakıda çay evində törədilmiş dəhşətli qətllə bağlı açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, 5 ay əvvəl Binəqədi rayonunda yerləşən çay evində Sabir Ələkbərovun başına çaydanı çırparaq onu öldürən 1997-ci il təvəllüdlü Abbasov Cövdət Süleyman oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hadisə axşam saat 20 radələrində Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən "Vimay" klinikasının qarşısındakı ikimərtəbəli çay evində baş verib. Binanın ikinci mərtəbəsində 1997-ci təvəllüdlü Cövdət Abbasovla 1958-ci il təvəllüdlü Sabir Ələkbərov arasında mübahisə yaranıb. Mübahisə zəminində C.Abbasov S.Ələkbərovun baş nahiyəsinə çaydanla bir neçə zərbə endirib.
S.Ələkbərov aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.