-
- 21-12-2019, 14:18
- 859
Azərbaycanda polis zabiti 20 yaşlı oğlanı güllələyib öldürdü
Goranboy rayonunda dava-dalaş zamanı silahdan istifadə edən və qətl törədən polis əməkdaşı barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, rayon polis idarəsinin sahə müvəkkili, polis leytenantı Kərimov Vüsal Əlöysəd oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma – ağır nəticələrə səbəb olduqda0 maddələri ilə açılan ayrıca işin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Dadaş İmanovun sədrliyi ilə baxılacaq. Qeyd edək ki, hadisə Goran qəsəsbəsi ərazisində baş verib.
Burada xidmət aparan əməliyyat müvəkkili Vüsal Kərimova bir vətəndaş müraciət edərək bir qrup şəxsin yol kənarında toplaşaraq mübahisə etdiyini bildirib. Dərhal polis əməkdaşı onlara yaxınlaşıb. Bu zaman mübahisə edənlərdən biri onu yumruqla vuraraq yerə yıxıb. Belə olan halda polis əməkdaşı ona təhkim olunmuş tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb.
Silahdan açılan güllə dava edən şəxslərdən birinə dəyib. Xəsarət alan 1999-cu il təvəllüdlü, rayon sakini Əhmədov Təbriz Xalıq oğlu vəfat edib.