Sumqayıtda 29 yaşlı oğlanı baxışlarına görə öldürdülər
    • 25-01-2020, 11:25
    • 1 356

Sumqayıtda 29 yaşlı oğlanı baxışlarına görə öldürdülər

Bir neçə ay əvvəl Sumqayıt şəhərində qətl törətmiş şəxs barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, 29 yaşlı Eldarov Şəhriyar Azad oğlunu bıçaqlayaraq öldürən Qədimov Mətləb Eldar oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin  120.1-ci, yəni, qəsdən adam öldürmə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesi hakim Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, qətl hadisəsi mübahisə zəminində baş verib. Mətləb Qədimov ondan 5 yaş böyük olan Şəhriyarın çəp baxışına əsəbiləşərək ona hücum edib və bıçaqlayaraq həyatına son qoyub.