-
- 26-07-2019, 00:29
- 5 122
Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyalar təşkil olunur
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Prezident İlham Əliyevin Azərbaycanda elmin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində bu gün öz görkəmini dəyişir. News24.az xəbər verir ki, dünyada tanınan bu elmi mərkəzin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlərin görülməsi üçün ölkəmizin başçısının 2008-ci il 5 sentyabr və 2009-cu il 21 iyul tarixli sərəncamları ilə ayrılmış 8 milyon manat vəsait hesabına burada irihəcmli işlər görülür.
Xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanası 1966-cı ildən fəaliyyətə başlayıb. Dəniz səviyyəsindən 1470 metr hündürlükdə Pirqulu dağının zirvəsində yerləşən bu elmi mərkəz 25 hektar ərazini əhatə edir və burada Almaniya istehsalı olan 6 teleskopun vasitəsilə tədqiqatlar aparılır. Göy cisimlərini öyrənən elmi mərkəzdə 2 günəş teleskopu da quraşdırılıb. Fəaliyyət göstərdiyi 45 ildə rəsədxana nadir elmi tapıntılar, ixtiralarla dünya elminə maraqlı töhfələr verib. Bu müddətdə rəsədxanada 2 nəfər akademik, 5 nəfər elmlər doktoru, 25 nəfər elmlər namizədi və onlarla elmi işçi yetişdirib.
Rəsədxanaya astronomik ekskursiyalar təşkil olunur
Turistlərin qəbulu üçün bir və iki mərtəbəli kotteclər, 1-2 və 3 otaqlı müasir mənzillər, geniş yeməkxana kompleksi, kiçik (30 nəfərlik) və böyük (100 nəfərlik) konfrans zalları, teleskoplar mövcuddur. Rəsədxanada fəaliyyət göstərən Astronomiya Muzeyi və teleskoplarla yaxından tanış olmaq üçün ekskursiyalar təşkil olunur. Ətraflı məlumat üçün Shao.az saytına müraciət edə bilərsiniz.