Ayaqqabısında narkotik keçirmək istəyirdi, yaxalandı
    • 22-12-2019, 01:30
    • 792

Ayaqqabısında narkotik keçirmək istəyirdi, yaxalandı

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb, şifahi sorğu-sual edildikdən sonra üzərində şəxsi yoxlama aparılıb. 
DGK-dan News24.az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı vətəndaşın ayağındakı ayaqqabının hər iki tayında 5 ədəd bükümdə ümumi çəkisi 56 qram olan narkotik vasitə - heroin, çəkisi 31,5 qram olan psixotrop maddə - metamfetamin, 19 ədəd üzərində “M40” yazısı olan metadon adlı həb aşkarlanıb.  
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na, metadon Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.  
Faktla bağlı araşdırma aparılır.