"O gəlirsə, mən gəlmirəm" - RƏQSANƏ SİRRLƏRİ AÇDI - VİDEO
    • 23-12-2019, 11:34
    • 633

"O gəlirsə, mən gəlmirəm" - RƏQSANƏ SİRRLƏRİ AÇDI - VİDEO

ATV-də yayımlanan "ATV maqazin ONLARLA" verilişinin "33 sual" rubrikasının növbəti qonağı müğənni Rəqsanə İsmayılova olub. 

News24.az xəbər verir ki, sənətçi illər öncə toyların birində başına gələn əhvalatı danışıb: "İllər öncə Xalq artistimiz Faiq Ağayev mənimlə birgə eyni səhnəni bölüşməkdən imtina edib. O, ansamblıyla birgə toy idarə edirdi, sonda da mən çıxmalı idim, amma qoymadı. Demişdi ki, "O gəlirsə, mən toyda oxumayacağam, o gəlirsə, mən gəlmirəm, musiqiçilərimlə o səhnəyə çıxmayacaq". Düzdür, indi Faiqlə dostuq, o məsələlər çoxdan olub bitib. Səbəb isə o idi ki, məndən Faiqə nəsə çatdırmışdılar. Çoxdan barışmışıq. Bir dəfə boğazı ağrıyırdı, ona Moskvadan bal alıb göndərdim".

Sevda Bayramova