Xəzər TV-nin yanında QƏZA - Xoşqədəm təcili tibbi yardımı günahlandırdı - VİDEO
    • 23-12-2019, 12:23
    • 1 223

Xəzər TV-nin yanında QƏZA - Xoşqədəm təcili tibbi yardımı günahlandırdı - VİDEO

Bakıda ağır yol qəzası baş verib.

Bu haqda tanınmış aparıcı Xoşqədəm Hidayətqızı “İnstagram”da məlumat verib. Aparıcının yazdığına görə, yol qəzası səhər saatlarında Xəzər TV-nin binası yanında baş verib:

"Düz 40 dəqiqə ərzində qanlar içərisində uzanan gənc qızla birlikdə hər kəs təcili yardım gözləyirdi… Biabırçılıq sadəcə”, – deyə aparıcı şərh yazıb.
Qeyd edək ki, əraziyə təcili yardım maşını cəlb olunub.