Səsverməyə gül-çiçəklə gələn seçici: “Seçki mənim üçün bayramdır” - VİDEOREPORTAJ - FOTOLAR
    • 23-12-2019, 16:09
    • 3 826

Səsverməyə gül-çiçəklə gələn seçici: “Seçki mənim üçün bayramdır” - VİDEOREPORTAJ - FOTOLAR

Bu gün səhər saat 08:00-dan etibarən Azərbaycan Respublikasında bələdiyyə seçkiləri keçirilir. 41 min 462 namizədin iştirak etdiyi  seçkidə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. 



Səsvermədə iştirak edəcək seçicilərin sayı isə 4 milyon 972 min 356 nəfərdir.


News24.az olaraq 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesini izlədik. Məntəqə 23 saylı tam orta məktəbin binasında yerləşir. Səhərdən müşahidə etdiyimiz bu seçki məntəqəsində seçici çoxluğu nəzərimizi cəlb etdi. Bizimlə söhbətdə seçki komissiyasının sədri Jalə Zeynalova bildirdi ki,  məntəqədə saat 11:55-dək 190 nəfər səsvermədə iştirak edib: “Bu məntəqənin seçici siyahısında 1460 nəfərin adı var. Bu il 15 nəfər ilk dəfə səs verəcək. 32 seçici isə 80 yaşlı şəxslərdir”. 


J.Zeynalova onu da əlavə edib ki, məntəqədə hər hansı qanun pozuntusu aşkarlanmayıb və seçicilər fəal olub: “2 ildir ki, seçkilərdə iştirak edirəm, ötən il də, bu il də insanlar fəaldırlar”. 

Səsverməyə gələnlərdən əlində gül-çiçək olan seçici diqqətimizi çəkdi. Uzun müddət təhsil sahəsində çalışdığını deyən Əli İsakov bildirib ki, seçkilər onun həyatında önəmli günlərdən biridir: “23 dekabr hamı üçün əhəmiyyətli bir gündür, bələdiyyələrə seçkilər keçirilir. Mənim üçün seçki bayram deməkdir. Bu gülləri də bu günə hədiyyə kimi gətirmişəm”. 

 
Hazırladı: Afaq Mirayiq 
Foto-video: Fərid Şabanov