Müşviq ata olacaq
    • 28-08-2018, 11:40
    • 1 410

Müşviq ata olacaq

Aktyor Müşviq Şahverdiyev film təkliflərindən imtina etdiyini deyib.

News24.az-xəbər verir ki, buna səbəb onun sağlamlığında yaranan problemlər olub:

“Yay aylarında istirahət etdim və filmə çəkilmədim. 2014-cü ildən indiyədək ilk dəfədir ki, dincəldim. Bir çox yerlərə səfər etdim. Həm də mənim istiyə dözümüm yoxdur.

Bu o demək deyil ki, təkliflər yox idi. Sadəcə bir neçəsini özüm dəyərləndirmədim. Sağlamlığımda problemlər yaranırdı. Hətta sonuncu filmə çəkiləndə mənim üçün tez-tez təcili yardım çağırılırdı. Çünki iş rejimi, yuxusuzluq məndə təzyiq problemi yaratmışdı”.

M.Şahverdiyev çəkiləcəyi yeni filmdəki tərəf müqabilinin kimliyini açıqlayıb:

“Yeni filmin çəkilişlərinə başlayacağıq. Adını hələ deməyəcəm, çünki tezdir. Lakin baş rolda mən və müğənni Damla düşünülüb”.

8 ay öncə ailə həyatı quran aktyor ata olacağını bildirib:

“İnşallah övladımın dünyaya gəlməsi fevral ayına təsadüf edəcək. Həkimlər deyir ki, oğlum olacaq. Allahın qismətidir. Oğlan və ya qız mənim üçün fərq etməz. Əsas odur ki, sağlam övlad sahibi olaq”.

Teymur Məmmədov