-
- 24-12-2019, 00:45
- 680
"Bu kadrlara qarşı daha ciddi tədbirlər görülür və görüləcək" - İlham Əliyev həbs olunan icra başçılarından danışdı
"Azərbaycan yeniləşir, Azərbaycanın yeni siması ortalığa çıxır, iqtidarın yeni siması ortalığa çıxır - müasir dövrə uyğun, cəmiyyətimizin gözləntilərinə uyğun və bizim inkişaf strategiyamıza uyğun. Hər şey buna bağlıdır".
News24.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində söyləyib:
"İlk növbədə, bizim milli maraqlarımız, dövlətçiliyimiz, vətəndaşların rahat yaşaması, sosial rifah və kadrlar bu məqsədlərə qulluq etməlidirlər. O kadrlar ki, bu məsuliyyəti dərk etmir, onlar əlbəttə, ən yaxşı halda vəzifədən uzaqlaşdırılır. Yaxud da, onlara qarşı daha ciddi tədbirlər görülür və görüləcək".