Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - FOTO
    • 24-12-2019, 10:00
    • 2 522

Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

News24.az-ın məlumatına görə, Mehriban Əliyeva şəxsi İnstaqram səhifəsində bu sözləri qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir.
Bu əlamətdar gündə Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı onun gələcək uğurlarının rəhni olsun!”