Mehriban Əliyevadan Gənclər günü ilə bağlı paylaşım:
    • 2-02-2020, 12:16
    • 1 641

Mehriban Əliyevadan Gənclər günü ilə bağlı paylaşım: "Əziz gənclər, siz ölkəmizin gələcəyisiniz"

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva gəncləri təbrik edib.


News24.az xəbər verir ki, Birinci vitse-prezident özünün Instagram hesabında paylaşıb:


"Əziz gənclər, sizin hər birinizi Azərbaycan Gəncləri Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz ölkəmizin gələcəyisiniz. Mən əminəm ki, siz öz zəkanız, biliyiniz, bacarığınızla, qələbə və nailiyyətlərinizlə xalqımızı daim sevindirəcək və Azərbaycanın inkişafına layiqli töhfənizi verəcəksiniz. Bütün gənclərimizə möhkəm cansağlığı, tükənməz ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə, xoşbəxtlik və firavanlıq arzulayıram!"