Ərdoğanın oğlu BAKIYA GƏLDİ
    • 24-12-2019, 13:37
    • 720

Ərdoğanın oğlu BAKIYA GƏLDİ

"Prezidentimizin azərbaycanlı qardaşlarımıza və cənab Prezident İlham Əliyevə doğum günü ilə əlaqədar salamını gətirdik".
Bunu Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən üzrə Prezident Kubokunun final görüşünü izləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnospor Konfederasiyasının prezidenti Bilal Ərdoğan jurnalistlərə açıqlamasında deyib. 

O Bakıya səfərinin məqsədini də açıqlayıb: "Bu gün buraya gəlməyimizin səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin doğum gününə təsadüf edən çövkən milli oyunu üzrə Prezident Kubokunun finalı ilə bağlıdır. Bu yarış artıq 7-ci ildir ki, təşkil olunur. Azərbaycan Atçılıq Federasiyası ilə oktyabr ayında İstanbulda təşkil olunan Etnospor Kültür Festivalında Qarabağ atları vasitəsi ilə işbirliyi həyata keçirdik. Onlar da bunun nəticəsi olaraq buradakı finala bizi dəvət etdilər. Biz də Azərbaycanın milli idman növü olan çövkənin finalını izlədik".