-
- 24-12-2019, 14:16
- 658
"İntensiv meyvə bağlarına görə 800 manat subsidiya müəyyənləşib" - NAZİR
Ötən il həyata keçirilən islahatlardan biri də yeni subsidiya sisteminin təşkil edilməsi olub".
News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib. Onun sözlərinə görə, subsidiya sistemi yenidən təşkil edilib.
"Bu sistemin əsas xüsusiyyəti odur ki, hər bir əkin sahəsinə görə baza məbləği müəyyən edilib. Baza məbləği əsasında Aqrar Subsidiya Şurası hər bitginin ərzaq təhlükəsizliyi, məşğulluq, ixrac potensialı baxımından vacibliyini nəzərə alaraq əmsallar müəyyən olunub. Məsələn taxılçılıqda 1 əmsalı, pambıqçılıqda 1,1 əmsalı, yəni 220 manat müəyyən edilib. Yeri gəlmişkən pambıqçılıqda həm əkinə, həm də məhsula görə subsidiya verilir".
I.Kərimov onu da əlavə edib ki, ən yüksək, yəni 4 əmsalı meyvə bağlarının salınmasına görə verilib:"Yəni intensiv meyvə bağları ona görə 800 manat subsidiya müəyyənləşib. Bunun da əsas məqsədi meyvəçiliyin inkişaf etdirilməsidir. O cümlədən üzümçülüklə bağlı 3 əmsalı müəyən edilib, yəni 600 manat verilir".
Afaq Mirayiq