-
- 24-12-2019, 23:05
- 819
"Görülən işlər yüksək səviyyədədir, mən bunu bəyənirəm" - Prezident
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 24-də Bakı Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsinin açılışında iştirak edib, əsasən tamamlanmış Park Kvartalı ilə tanış olublar və buradakı parkın abadlaşdırılmasına start veriblər.
News24.az xəbər verir ki, görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev deyib:
"Hər il biz ənənəvi olaraq Ağ Şəhərin təməlqoyma günündə görülən işlərlə tanış oluruq və gələcək il üçün planlar tərtib edirik. 2019-cu ildə görülən işlər yüksək səviyyədədir, mən bunu bəyənirəm. 2020-ci ildə də nəzərdə tutulan bütün planlar gərək həyata keçirilsin, o cümlədən yol infrastrukturu. İnvestorlar üçün yeni təkliflər ortaya qoyulmalıdır ki, investorlar Ağ Şəhərin tikintisinin davam etdirilməsinə və tamamlanmasına daha böyük həvəslə vəsait yatırsınlar. Görülmüş işlər münasibətilə sizi təbrik edirəm, yeni uğurlar arzulayıram. Sağ olun".