Bakıda mənzildən 59 yaşlı kişi meyiti tapıldı
    • 25-12-2019, 17:38
    • 1 012

Bakıda mənzildən 59 yaşlı kişi meyiti tapıldı

Bakıda mənzildən 59 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Susayev Arif Məzahir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.