Bakıda qadın meyiti TAPILDI
    • 6-02-2020, 16:55
    • 1 068

Bakıda qadın meyiti TAPILDI

Paytaxtın Nizami rayonunda mənzildən 70 yaşlı qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Moysenko Qalina Nikolayevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.