-
- 26-12-2019, 10:23
- 803
Daha bir jurnalist DEPUTAT OLMAQ İSTƏYİR
Aparıcı Aytən Səfərova fevralın 9-da keçiriləcək parlament seçkilərinə namizədliyini irəli sürüb.
News24.az xəbər verir ki, aparıcı bu barədə "İnstagram" hesabında məlumat verib: "Hamının dəstəyinə ehtiyacım var. Jurnalist olduğum dövrlərdə sadə xalqın tərəfini tutmuşam, bacardıqca, efir vasitəsilə həmişə insanların problemlərini işıqlandırmağa, onların güzəranında yaranan çətinlikləri lazımı qurumların diqqətinə çatdırmağa çalışmışam. Heç vaxt arxamda hansısa "day-day", tapşırıq və sairə olmayıb. Göydə Allaha, yerdə də xalqımıza güvənmişəm. Məhz sizin rəğbətiniz və isti münasibətinizdir ki, bu gün Aytən Səfərova sadə insanlar arasında tanınan, sevilən və əsası, hörmətlə yanaşılan tək jurnalistlərdəndir. Son 20 il ərzində Ağsudan müxtəlif insanlar millət vəkili seçilib. Nəticə daha doğrusu, nəticəsizlik göz qabağındadır. Sözübütöv, qorxmaz, problemlərinizi səsləndirməyə cürəti çatan bir jurnalistin dəstəyinizə ehtiyacı var".
Sevda Bayramova