Ağcabədidə qadınlar təmizllik işçisini DÖYDÜ - ARAŞDIRMA APARILIR
    • 26-12-2019, 15:25
    • 737

Ağcabədidə qadınlar təmizllik işçisini DÖYDÜ - ARAŞDIRMA APARILIR

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Ağcabədi rayonunda iki qadının küçənin ortasında kişini döyməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.

Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Qeyd edək ki, sosial şəbəkələrdə Ağcabədi rayonunda iki qadının küçənin ortasında Kommunal Təsərrüfat Birliyinin işçisini döyməsi ilə bağlı görüntülər yayılıb.