DİN-dən Bərdədəki yol qəzası ilə bağlı AÇIQLAMA
    • 3-10-2019, 15:49
    • 893

DİN-dən Bərdədəki yol qəzası ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, oktyabrın 3-də saat 1 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində Ağcabədi rayon sakini İ.Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Sərnişinlərdən Emin Məmmədov və Elgün Kərimov orada ölüb.
DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.