Ağcabədidə “Toyota” aşdı, ÖLƏN VAR
    • 12-09-2019, 14:24
    • 1 212

Ağcabədidə “Toyota” aşdı, ÖLƏN VAR

Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, sentyabrın 11-də saat 11 radələrində Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində Saatlı rayon sakini Mehdi Nəsirov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.