İsmayıllı sakinindən ov tüfəngi GÖTÜRÜLDÜ
    • 27-12-2019, 13:27
    • 1 006

İsmayıllı sakinindən ov tüfəngi GÖTÜRÜLDÜ

İsmayıllı rayon sakinində ov tüfəngi aşkarlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qalacıq kənd sakini R.Ramazanovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.