Tərtər və İsmayıllı rayon sakinlərindən silah götürülüb
    • 17-08-2019, 18:15
    • 1 303

Tərtər və İsmayıllı rayon sakinlərindən silah götürülüb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qaynaq kənd sakini A.Quliyevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az -a bildiriblər ki, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Quşencə kənd sakini F.İsayevdə müvafiq sənədləri olmayan bir ədəd “İJ” markalı tüfəng aşkarlanıb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.