"Namizədliklə bağlı qərarım... " MƏNSUM İBRAHİMOV
    • 27-12-2019, 15:21
    • 589

"Namizədliklə bağlı qərarım... " MƏNSUM İBRAHİMOV

Bu gün Xalq artisti Mənsum İbrahimovun növbədən kənar parlament seçkilərində namizədləyini irəli sürülməsi haqda xəbərlər yayılıb. 

News24.az bildirir ki, deyilənlərə görə, Xalq artisti Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarına əsasən, YAP-ın 119 saylı Ağdam kənd seçki dairəsi üzrə namizədi olub.

Məsələylə bağlı xanəndə ilə əlaqə saxladıq. O, bildirib ki, hazırda Türkiyədə səfərdədir və namizədliyinin verilməsndən xəbərsizdir: "Mən konsertlə bağlı Türkiyəyə gəlmişəm. Ölkədə olmadığıma görə, bu məsələdən xəbərim yoxdur. Amma yaşadığım, doğuldum bölgədən, Ağdamdan bununla bağlı bir çox təkliflər və müraciətlər alıram. Bu haqda dəqiq qərarımı Bakıya qayıtdıqdan sonra açıqlayacam".

Sevda Bayramova