“Kolorit” restoranında növbəti biabrçılıq – Xarici müştəri daha üstün tutulur
    • 3-09-2018, 16:16
    • 6 437

“Kolorit” restoranında növbəti biabrçılıq – Xarici müştəri daha üstün tutulur

Müştərinin inzibatçı tərəfindən döyülməsində adı hallanan “Kolorit” restoranında növbəti dəfə müştəriyə hörmətsizlik edilib. 

Belə ki, məkana daxil olan Bakı sakini 14:47-də yemək sifariş ediblər. Lakin sifarişin üzərindən yarım saat keçməsinə baxmayaraq yeməklər masaya gəlməyib. 

Maraqlı məqam isə ondan ibarətdir ki, vətəndaşımızdan 15 dəqiqə sonra restorana daxil olan və ilk müştəri ilə eyni yeməyi sifariş edən ərəb turistin yeməyi tez bir zamanda masaya təqdim olunub. 

Xarici vətəndaşı yerli sakinlərdən üstün tutan “Kolorit” restoranında yaşanan bu hadisə ilk deyil. Qarşı tərəflə dəfələrlə əlaqə saxlasaq da suallarımıza dəqiq cavab verən olmadı.

Teymur Məmmədov