Azərbaycan mahnıları
    • 27-12-2019, 18:06
    • 651

Azərbaycan mahnıları "KRAL FM"-də

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, nəğməkar-şair Cəlal Qurbanov maraqlı layihəyə imza atıb.

News24.az
xəbər verir ki, C. Qurbanov 2019-cü il ərzində ən çox dinlənilən üç mahnını qardaş ölkə Türkiyəyə, məhz "KRAL-FM"-ə yollayıb. "Naz eləmə" dueti, Xalq artisti Aygün Kazımovanın "Qadın" və Samir Cavadzadənin "Sev məni" mahnıları radioda dinləyicilərin ixtiyarına verilib.

Eyni ilə də Türkiyə radiolarında il boyunca ən çox qulaq asılan üç mahnı bizim radio dalğalarımızda səsləndiriləcək.

Sevda Bayramova