SHXÇDX-də ilin yekunlarına dair müşavirə keçirilib
    • 27-12-2019, 21:29
    • 900

SHXÇDX-də ilin yekunlarına dair müşavirə keçirilib

Dekabrın 27-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) 2019-cu il üzrə xidməti fəaliyyətin yekunlarına həsr edilmiş və 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar müşavirə keçirilib.
News24.az xəbər verir ki, general-leytenant Arzu Rəhimov müşavi­rədə Xidmət tərəfindən 2019-cu il ərzində görülmüş işlərə dair hesabat məruzəsi ilə çıxış edib. İdarə, şöbə və bölmələrin xidməti fəaliyyətini qiymətləndirib.
 Xidmət rəisi  Arzu Rəhimov cəmiyyətlə Silahlı Qüvvələr arasında körpü rolunu oynayan SHXÇDX-nin struktur bölmələri ilə yanaşı ASAN Xidmət mərkəzlərində göstərdiyi xidmətləri, vətəndaş məmnunluğunun təmin olunması üçün görülən işləri qeyd edib.
Xidmət rəisi  Arzu Rəhimov cəmiyyətlə Silahlı Qüvvələr arasında körpü rolunu oynayan SHXÇDX-nin struktur bölmələri ilə yanaşı ASAN Xidmət mərkəzlərində göstərdiyi xidmətləri, vətəndaş məmnunluğunun təmin olunması üçün görülən işləri qeyd edib.
General-leytenant Arzu Rəhimov Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işi­nin təşkili, və­tən­daş­ların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli hə­qiqi hərbi xid­mətə çağırılması, gənclərin hərbi vətən­pər­vər­lik ruhunda tərbiyə olun­ma­sı istiqamətində həyata keçirilmiş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Xidmət rəisi vətəndaşların qə­bulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin olunması işinin davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini çatdırıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib.
Müşavirəyə yekun vuran general-leytenant Arzu Rəhimov 2020-ci ildə SHXÇDX tərəfindən görüləcək işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə tapşırıqlarını verib.
Hesabat müşavirəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və eləcə də Yeni il bayramı münasibətilə SHXÇDX-nin şəxsi heyətini təbrik edən Xidmət rəisi əminlik ifadə edib ki, qurumun hər bir əməkdaşı üzə­rinə düşən və­zifələrini bundan sonra da şərəf və ləya­qətlə yerinə yetirə­cək­.
Müşavirənin sonunda, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Xidmət rəisinin əmri ilə təltif­lər və hərbi rütbələr təqdim olunub.