"İzləyicilərimdən iki dəfə azdır amma..." - XATİRƏ
    • 28-12-2019, 11:37
    • 1 192

"İzləyicilərimdən iki dəfə azdır amma..." - XATİRƏ

Müğənni Xatirə İslam ATV-də yayımlanan "Zaurla Günaydın" verilişində qonaq olub.

News24.az xəbər verir ki, proqram zamanı aparıcı Zaur Baxşəliyev son günlər trendə düşməkdən söz açıb: "Mənim əslində trendə düşənlərlə bir işim yoxdu, sadəcə maraqlıdır ki, sosial şəbəkədəki izləyiciləri mənim izləyicilərimdən iki dəfə azdır amma mahnısı trenddir. Həm də həmin müğənniləri biz heç toylarda da görmürük. Bu necə ola bilər ki? Bir dəfə mənə təklif gəldi ki, Xatirə xanım istəyirsiz sizin mahnını trend edim. Amma təbii ki, qəbul etmədim bu təklifi".