Bakıda dəhşətli ÖLÜM - Ər arvadını küçədə döyüb...
    • 29-12-2019, 10:35
    • 635

Bakıda dəhşətli ÖLÜM - Ər arvadını küçədə döyüb...

Bakıda 24 yaşlı qadın əri tərəfindən döyülərək öldürülüb. 

Hadisə paytaxtın Sabunçu rayonu, Zabrat-Pirşağı avtomobil yolunun kənarında baş verib. 

Binəqədi rayonu, Baksol şosesi, nömrəsiz evdə yaşayan, 1990-cı il təvəllüdlü Əliyev Yavər İlqar oğlu həyat yoldaşı, 1995-ci il təvəllüdlü Əliyeva Nuranə Fəyaz qızını qısqanclıq zəminində Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yoluna apararaq orada xüsusi amansızlıqla döyüb yolun kənarına atıb. 

Yaralı yoldan keçən şəxslərin köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

N.Əliyeva xəstəxanada dünyasını dəyişib. /Azvision/