-
- 29-12-2019, 20:53
- 839
Yorğanın içində narkotik keçirtmək istədi - itə "ilişdi"
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində mütəşəkkil dəstə tərəfindən 5 fakt üzrə ölkənin gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən 24 kq narkotik vasitə-tiryək aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Qurumdan News24.az-a verilən məlumata görə, dekabrın 6-da Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin nəzarətində olan marşrut üzrə poçt daşıma şirkəti vasitəsilə Azərbaycandan Avstraliyaya göndərilən poçt bağlamasına Bakı Karqo Terminalında kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti keçirilib.
Gömrük rəsmiləşdirilməsinə təqdim edilən elektron bəyannamədə poçt bağlamasının içərisində 16,2 kq parça olduğu göstərilib. Lakin ixracatçı - İran İslam Respublikasının vətəndaşı Mohammadianfaghlou Jalal Ebadollah gömrük rəsmiləşdirilməsində birbaşa iştirak etməyib. Gömrük nəzarəti zamanı xidməti it bağlamaya reaksiya verdiyindən təkrar yoxlama aparılıb və bağlamadakı parçaya narkotik vasitə hopdurulduğu müəyyən edilib. Ümumilikdə parçanın daxilinə hopdurulan 3 kq 154 qram narkotik vasitə - tiryək aşkar olunub.
Dekabrın 9-da Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə poçt vasitəsilə ölkə ərazisindən qanunsuz olaraq narkotik vasitələrin göndəriləcəyi barədə daha bir məlumat daxil olub.
Cəlilabad rayonundan Avstraliyaya ünvanlanan ümumi çəkisi 7,680 kq olan poçt bağlaması saxlanılıb və yoxlama keçirilməsi üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına gətirilib. Yoxlama zamanı poçt bağlamasındakı 2 ədəd uşaq üçün yorğanların içərisində 2 kq 723,281 qram narkotik vasitə - tiryək aşkar edilib.
Daha bir fakt üzrə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə daxil olan əməliyyat məlumatı da təsdiqini tapıb.
Bu dəfə Biləsuvar sakini tərəfindən yenə Avstraliyaya ünvanlanan və içərisində yenə də uşaq yataq dəsti olan poçt bağlaması kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb. Gömrük nəzarəti zamanı xidməti it poçt bağlamasına reaksiya verib və 2 ədəd yorğanın içərisində 2 kq 873,310 qram narkotik vasitə - tiryək aşkar edilib.
Dekabrın 11-də isə Cəlilabad rayon sakini tərəfindən yenə də Avstraliyaya göndərilən 2 poçt bağlamasında da narkotik vasitə aşkar olunub.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında çəkiləri 7,910 kq və 8 kq olan poçt bağlamaları saxlanılıb. Həmin bağlamalara kinoloji xidmət iti tətbiq olunmaqla gömrük nəzarəti keçirilib. Yoxlama zamanı bağlamalarda olan 4 ədəd yorğanın içərisindəki süngərə hopdurulan ümumilikdə 5 kq 973 qram narkotik vasitə - tiryək aşkar edilib.
Davam etdirilən əməliyyat tədbirləri nəticəsində bağlamanı Cəlilabad poçt şöbəsinə təhvil verən Azərbaycan Respublikasının vətəndaşı etiraf edib ki, eyni qaydada içərisində narkotik vasitə olan daha bir bağlamanı İran İslam Respublikasından gətirərək Kanadaya göndərib. Həmin bağlama əməliyyatçılar tərəfindən müəyyən edilib və kinoliji xidmət itinin tətbiqi ilə bağlamaya baxış keçirilib. Beləliklə, bağlamada olan 2 ədəd uşaq döşəyinin süngərlərinə hopdurulan cəmi 4 kq 860,890 qram tiryək aşkar edilib.
Gücləndirilmiş əməliyyat tədbirləri nəticəsində Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə cinayətkar qrupun İran İslam Respublikasındakı üzvləri tərəfindən eyni üsul və vasitələrdən istifadə edilməklə qablaşdırılan daha bir bağlamanın dekabrın 19-da ölkə ərazisinə gətiriləcəyi, Cəlilabad rayonundakı poçt şöbəsindən poçt göndərişləri vasitəsilə Kanadaya göndəriləcəyi barədə məlumat daxil olub.
Həmin məlumat əsasında yaradılan əməliyyat qrupu dərhal poçt binasının ətrafını və binaya daxil olan şəxsləri nəzarətə götürüb. Günün birinci yarısında poçt şöbəsinə gələn əcnəbi görkəmli şəxs Kanadaya bağlama göndərəcəyini bildirib. Əməliyyatçılar dərhal hərəkətə keçərək həmin şəxsi saxlayıb.
Cənub Ərazi Baş Gömrük İdarəsinin inzibati binasına gətirilən həmin şəxsə - İran İslam Respublikasının vətəndaşı Delnavaz Bardızı Najib Ghasemə məxsus çamadana baxış keçirilib. Yoxlama zamanı çamadandakı 1 ədəd yorğan və 1 ədəd döşəyin içərisində yataq dəstinin süngərinə hopdurulan, ümumilikdə xalis çəkisi 4 kq 373,95 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Delnavaz Bardızı Najib Ghasemin üzərində şəxsi yoxlama zamanı isə şalvarının cibindəki bir ədəd bükümdə çəkisi 0,247 qram olan narkotik vasitə - tiryək və corabının içərisində isə 2,5 həbdən ibarət narkotik vasitə - metadon aşkar edilib.
Beləliklə, 5 fakt üzrə ümumilikdə 24 kq narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb.
Bu faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 206.3.2, 234.1, 234.4.1 və 234.4.3 maddələri ilə cinayət işi açılıb.
Eyni zamanda, əməliyyat-istintaq tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən, Azərbaycan Respublikasının poçt şöbələri və poçt şirkətləri vasitəsilə Avstraliya və Kanadaya göndərən İran İslam Respublikası vətəndaşlarının şəxsiyyətləri müəyyən edilib. Onların ölkə ərazisinin hüdudlarından kənarda olduğu nəzərə alınaraq təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində qiyabi həbs qətimkan tədbiri seçilib.
Hazırda göstərilən faktlar üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.