-
- 1-01-2020, 11:42
- 1 013
Bu gündən Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanılır
Bu gündən Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanılır.
News24.az xəbər verir ki, qanunvericiliyə əsasən, bu məqsədlə vətəndaşların əməkhaqlarından 10 manat tutulacaq. İTS xidmətləri zərfi baza və əlavə hissələrdən ibarət olacaq. Baza hissə üzrə tibbi xidmətlər (ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti) dövlət büdcəsi hesabına göstəriləcək.
Əlavə hissəyə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Ölkə əhalisinin 45 faizini təşkil edən imtiyazlı təbəqə üzrə isə sığortahaqqı dövlət büdcəsi hesabına ödəniləcək.
İcbari tibbi sığortaya Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında yanvar-mart aylarında başlanacaq.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər və Kəlbəcər rayonlarında aprel-iyun aylarında start veriləcək.
Şirvan şəhərində, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında iyul – sentyabr aylarında icbari tibbi sığorta tətbiq ediləcək.
Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa, rayonlarında oktyabr-dekabr aylarında tətbiq olunacaq.
Qeyd edək ki, Azərbaycanda icbari tibbi sığorta pilot layihə kimi Mingəçevir, Yevlax rayonlarında tətbiq edilib.
Afaq Mirayiq