Bakıda 6 mağaza, 2 EV QARƏT EDİLDİ
    • 1-01-2020, 21:51
    • 778

Bakıda 6 mağaza, 2 EV QARƏT EDİLDİ

Bakının Nəsirmanov rayonunda silsilə cinayətlər törədən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

News24.az xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 17 və 18-ci polis şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 6 mağazadan pul və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Həsənov və R.Dadaşzadə saxlanılıblar.

Bundan başqa, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki 2 evdən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Mürvətov saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun daha 3 evdən və 2 nəfərdən mobil telefonlarını oğurlaması da müəyyən edilib.