“Süleymaninin öldürülməsi beynəlxalq terror aktıdır” - CAVAD ZƏRİF
    • 3-01-2020, 10:30
    • 938

“Süleymaninin öldürülməsi beynəlxalq terror aktıdır” - CAVAD ZƏRİF

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin öldürülməsini “beynəlxalq terror aktı” adlandırıb.

News24.az xəbər verir ki, bu barədə o özünün “Tvitter” səhifəsində yazıb.

“Bu, ABŞ tərəfindən törədilən beynəlxalq terror aktıdır. Onlar general Süleymanini izləyib və öldürüblər”, – deyə Zərif bildirib.
Nazir Süleymaninin rəhbərlik etdiyi birləşmənin İŞİD, “Əl-Nusra Cəbhəsi” və “Əl-Qaidə” ilə mübarizədə ən effektiv olduğunu qeyd edib.

“Bu çox təhlükəli və axmaq bir eskalasiyadır”, – deyə o əlavə edib.