Rusiya XİN-dən Süleymaninin qətlinə - SƏRT REAKSİYA
    • 3-01-2020, 13:35
    • 787

Rusiya XİN-dən Süleymaninin qətlinə - SƏRT REAKSİYA

Rusiya Xarici İşlər Nazirliyi iranlı general Qasım Süleymaninin öldürülməsinə münasibət bildirib.

News24.az xəbər verir ki, “RİA-Novosti”nin bununla bağlı sualına cavab olaraq diplomatik xidmət orqanından deyilib:

“Moskva iranlı general Qasım Süleymaninin Amerikanın Bağdad yaxınlığında raket zərbəsi nəticəsində öldürülməsini bütün bölgədə gərginliyin artmasına səbəb olacaq avantürist addım kimi qiymətləndirir. Süleymani İranın milli maraqlarını qorumaq üçün sədaqətlə xidmət edib”.
“İran xalqına dərin hüznlə başsağlığı veririk”, – Rusiya Xarici İşlər Nazirliyindən qeyd edibl