General Süleymani bu tarixdə dəfn olunacaq
    • 3-01-2020, 23:18
    • 1 023

General Süleymani bu tarixdə dəfn olunacaq

İraqda ABŞ-ın hücumu nəticəsində ölən iranlı general Qasım Süleymaninin cənazəsi dekabrın 5-də İranın Kirman şəhərində dəfn ediləcək.
News24.az-ın “Mashreghnews” saytına istinadən verdiyi xəbərə görə, Süleymaninin ailəsindən verilən yazılı açıqlamada iranlı komandir üçün ilk anım mərasiminin Bağdadda keçiriləcəyi bildirilib. Bundan sonra cənazə Tehrana aparılacaq.
Tehran Universitetində İranın Ali dini lideri Əli Xameneyinin də iştirakı ilə növbəti mərasim keçiriləcək.
Qeyd edək ki, Süleymaninin öldürülməsindən sonra İranda üç gün matəm elan edilib.