-
- 3-01-2020, 10:33
- 1 002
Generalın ölümünə görə İran ABŞ-dan qisas alacaq
General Qasım Süleymaninin ölümünə görə İran ABŞ-dan qisas alacaq.
News24.az “Ria.ru” ya istinadən xəbər verir ki, bunu İranın Ali lideri ayətullah Seyid Əli Xamenei bəyan edib.
“Əllərində Süleymaninin və digər şəhidlərin qanı olanları sərt qisas gözləyir”, - deyə Xamenei vurğulayıb.
Xameneyi ölkədə üçgünlük matəm elan edib.
Qeyd edək ki, yanvarın 2-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandanı müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.
Afaq Mirayiq