Tramp: “İran heç vaxt müharibədə qələbə qazanmayıb”
    • 3-01-2020, 17:38
    • 846

Tramp: “İran heç vaxt müharibədə qələbə qazanmayıb”

ABŞ Prezidenti Donald Tramp “Twitter”də İranla bağlı paylaşım edib.

News24.az xarici mediaya istinadən verdiyi xəbərə görə, D.Tramp bildirib ki, İran heç vaxt müharibədə qələbə qazanmayıb.
“İran heç vaxt müharibədə qələbə qazanmayıb, lakin müzakirədə də məğlub olmayıb”, - deyə ABŞ Prezidenti qeyd edib.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 2-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb.