Bakıda bir gecədə 2 EV YANDI
    • 10-08-2019, 09:31
    • 1 332

Bakıda bir gecədə 2 EV YANDI

Bakıda gecə saatlarında 2 evdə yanğın hadisəsi baş verib. 

Fövqəladə Nazirliyindən News24.az-a verilən məlumata görə, Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və mənzilin eyvanında 5 m² sahədə dolab yanıb.

Yüksək temperaturdan digər mənzilin eyvanının lambirindən ibarət üzlüyü 3 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər yanğın isə Binəqədi rayonunda qeydə alınıb. Ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü və 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi və ev əşyaları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.