-
- 4-01-2020, 22:22
- 1 103
Generalın nəşi ABŞ istehsalı olan “Chevrolet” ilə aparıldı "Amerikaya ölüm" şüarı
ABŞ tərəfindən təşkil edilən hava hücumu zamanı həlak olan iranlı general Q.Süleymani Bağdadda təşkil edilən cənazə törənində son mənzilə yola salınır.
News24.az xəbər verir ki, Süleymaninin cənazəsinin Amerika istehsalı olan “Chevrolet” markalı avtomobillə aparılması diqqət çəkib. Gecədən başlayan cənazə törəninin fotoları sosial şəbəkədə yayılıb.
Digər yandan da İran qəzetləri intiqam alağıq başlıqlı yazılarla çıxış edib. Hadisəni terror hadisəsi olaraq dəyərləndirən qəzetlər Süleymani üçün “Böyük komandir”, “Yaşayan Şəhid” və “Super qəhrəman” adları işlədiblər.
Qeyd edək ki, Süleymaninin cənazəsi Bağdaddan Tehrana yola salınacaq.