394 nəfərin deputatlığa namizədliyi qeydə alındı
    • 5-01-2020, 16:32
    • 863

394 nəfərin deputatlığa namizədliyi qeydə alındı

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2264  nəfər müraciət edib.
News24.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, namizədlərin 462  nəfəri 19  siyasi partiya tərəfindən irəli sürülüb: "16 nəfər təşəbbüs qrupları tərəfindən, 1786  nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".
M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 2116  nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: “Onlardan 1976  nəfəri isə imza vərəqələrini artıq götürüb, 682 nəfəri qaytarıb, 394 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.