Bu ərazilərdə İŞIQ KƏSİLDİ
    • 9-08-2019, 13:33
    • 820

Bu ərazilərdə İŞIQ KƏSİLDİ

Hazırda Abşeron rayonu Ceyranbatan qəsəbəsi və Bağlar massivində qabaqlayıcı tədbirlərlə bağlı elektrik enerjisi verilməsi dayandırılıb.

Bu barədə News24.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, "Azərişıq" baş verə biləcək qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür:

“Hazırda Bakıda və regionlarda istehlakçıların elektrik enerjisi təchizatında heç bir problem yoxdur. Havanın küləkli və yağışlı olması səbəbindən yalnız Abşeron yarımadasının bəzi ərazilərində baş verə biləcək qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbir olaraq bir neçə dəqiqəlik elektrik enerjisi təchizatı dayandırılır.

Hazırda bu tədbirlər Ceyranbatan və Bağlar massivində həyata keçirilir. Təchizatın dayandırılması isə 30 dəqiqədən çox çəkmir”.