ABŞ İranın XİN başçısına VİZA VERMƏDİ
    • 7-01-2020, 11:26
    • 754

ABŞ İranın XİN başçısına VİZA VERMƏDİ

ABŞ, BMT Təhlükəsizlik Şurasının iclasına qatılmaq üçün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə viza verilməsindən imtina edib.

News24.az
xəbər verir ki, bu barədə "Reuters" ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, qərar İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra iki ölkə arasındakı gərginliyin artması ilə əlaqələndirilib.

İclas Nyu-Yorkda, 9 yanvar tarixində baş tutacaq.