Cavan gəlin su çənində boğularaq, öldü
    • 14-03-2019, 20:15
    • 1 248

Cavan gəlin su çənində boğularaq, öldü

Astarada 34 yaşlı qadın su çənində boğulub.

News24.Az bildirir ki, bu haqda oxu.az xəbər yazıb.
Bədbəxt hadisə axşam saatlarında, rayonun Artupa kəndində baş verib. Kənd sakini 1984-cu il təvəllüdlü Xəyalə Ədalət qızı Kazımova evdən çıxaraq, yaxınlıqdakı çəndən su gətirməyə gedib. Bir müddət keçməsinə baxmayaraq, geri qayıtmayan qadının ailə üzvləri onun ardınca gediblər.
Məlum olub ki, X.Kazımova yer səviyyəsindən bir-neçə metr aşağıda olan çənə əyilərək, vedrəni doldurmaq istəyib. Lakin, ehtiyatsızlıqdan çənin içərisinə yıxılıb. Köməksiz halda qalan qadın suda boğulub.

Yaxınları onun meyitini sudan çıxarıblar. Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiziya və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Xəyalə Kazımova  4 uşaq anası idi.  

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.