-
- 8-01-2020, 16:15
- 677
Xaçmazda 14 yaşlı qardaşını öldürən şəxs bu dəfə...
Bir neçə il əvvəl Xaçmaz rayonunda qardaşını qətlə yetirən, lakin yetkinlik yaşına çatmaması və ruhi xəstə olması səbəbindən qısa vaxtda azadlığa buraxılan şəxs quldurluq əməli törədib.
News24.az-ın məlumatına görə, rayonun Hölüvlü kənd sakini Nizamov Tamerlan Eynulla oğlunun həmyerlisi Rəşad Balayevin mənzilinə bıçaqla basqın etməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3-cü, yəni, quldurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə maddəsi ilə açılan işin ibtidai istintaqı başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Proses hakim Romella Allahverdiyevanın sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən il axşam saat 20 radələrində Xaçmaz rayonu Hülövlü kəndində baş verib. Belə ki, kənd sakini, həmin kəndə diş həkimi işləyən 1984-cü il təvəllüdlü Balayev Rəşad Tofiq oğlunun həyətinə üzü maskalı şəxs daxil olaraq ondan pul tələb edib.
Məlumat əsasında rayon prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək, fotoşəkillər çəkib və həyətdə quraşdırılan kameralardan video görüntülər götürülüb.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Rəşad Balayev valideynləri, həyat yoldaşı və 1 azyaşlı övladı ilə birgə həyətə çıxan zaman, pilləkənin altında gizlənən üzü maskalı, əlində bıçaq olan şəxs onun qarşısına çıxaraq pul tələb edib. Bu vaxt Rəşad Balayev həmin şəxslə əlbəyaxa olarkən yerə yıxılıb və dərhal ayağa qalxaraq, köməyə adam çağırdığı üçün maskalı şəxs hasardan tullanaraq qaçıb gedib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törədən şəxsin Xaçmaz rayon Hülövlü kənd sakini Nizamov Tamerlan Eynulla oğlu olduğu müəyyən edilib. Şübhəli şəxs qismində saxlanılan Tamerlan Nizamov dindirmə zamanı cinayət əməlini tam təfərrüatı ilə etiraf edib.
Xatırladaq ki, 2013-cü il iyulun 3-ü, axşam saatlarında Xaçmaz rayonunun Hülövlü kəndində qardaşı 14 yaşlı Nizam Nizamovla dalaşan 17 yaşlı Tamerlan Nizamov ona 5 bıçaq xəsarəti yetirib. Bu zaman onları ayırmağa çalışan atası 68 yaşlı Eynulla Nizamovun da əl nayihəsinə 1 bıçaq zərbəsi vuraraq qaçıb.
Nəticədə 14 yaşlı Nizam elə hadisə yerində dünyasını dəyişib. Eynulla Nizamova isə Xaçmaz MRX-da ilkin yardım göstərildikdən sonra o, ambulator müalicəyə buraxılıb. Yaxınlarının bildirdiklərinə görə, hadisəni törədən Tamerlan Nizamov uzun müddətdir ki, özünə qapanıb. Tez-tez qardaşların arasında mübahisə, əlbəyaxa dava olub. Hadisənin necə baş verdiyinə gəldikdə isə, yaxınları qeyd etdilər ki, qardaşlar "Playstation" oynamaq üstündə dalaşıb. Mübahisəni sözlə həll edə bilməyən böyük qardaş bıçağa əl atıb. Nizam və Tamerlan Nizamovlar hər ikisi ruhi xəstə kimi qeydiyyatdadır, 2-ci qrup əlildir.