-
- 31-01-2020, 15:17
- 1 667
Azərbaycanda evə basqın edən silahlı şəxslər ata və oğlunu... – ŞOK CİNAYƏT
Bir müddət əvvəl quldurluq etdiyinə görə tutulan Vüsal Əliyev və Valeh Quliyev barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, onların barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq - 181.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.3 (quldurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.2.5 (quldurlqu - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə açılmış cinayət işinin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Məhkəmə prosesi Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək. Hazırlıq iclası 10 fevralda keçiriləcək.
Qeyd edək ki, adları qeyd edilən şəxslər evə basqın edərək Z.Sadıqov və Elvini silahla hədələyib. Onlar ata və oğula zor tətbiq edib və evdən xeyli pul, qiymətli əşyalar aparıblar.