Azərbaycanda ruhi xəstə evə basqın edib ana və qızını...
    • 12-12-2019, 10:00
    • 958

Azərbaycanda ruhi xəstə evə basqın edib ana və qızını...

Şəkidə ana və qızına qarşı duldurluq etmiş şəxs barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, rayon sakini Əhmədov Rəşad Akif oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3-cü, yəni, quldurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə və 181.2.5-ci, quldurluq - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə maddələri ilə açılmış işin matrialları Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Rəşid Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə bu il fevral ayının 24-ü saat 08:00 radələrində şəhərin Bağbanlar küçəsi ev 6/24 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1941-ci il təvəllüdlü Rayə Əhmədova və qızı 1976-cı il təvəllüdlü Aygün Əhmədovaya qarşı quldurluq edilib. Evə daxil olan şəxs iki qadına zor tədbiq edərək hər ikisini yerə yıxıb, yumruq zərbələri vuraraq onlara xəsarət yetirib. Daha sonra əlindəki bıçaqla Rayə Əhmədovanı təhdid edən quldur ondan 100 manat pul aldıqdan sonra hadisə yerində uzaqlaşıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində Aygün və Rayə Əhmədovaya qarşı quldurluq edən şəxsin 1967-ci il təvəllüdlü Rayonlararası Psixatriya xəstəxanasında qeydiyyatda olan Şəki şəhəri, Arxüstü küçəsi ev 40 ünvanda yaşayan Rəşad Əhmədov Şəki şəhərində saxlanılaraq İstintaq Bölməsinə təqdim edilib. Onun üzərində keçirilmiş şəxsi axtarış zamanı cinayət əməlini törədən vaxt istifadə etdiyi iti ucluğa malik bıçağa oxşar alət və ümumilikdə 129 manat pul aşkar edilərək götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq Bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddələri ilə cinayət işi başlanıb.